Dövlət Gömrük Komitəsi (DGK) 2019-cu ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə 4 milyard 6 milyon 341,24 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2018-ci ilin yanvar-noyabr aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 3 milyard 253 milyon 78,4 min manat təşkil edib. Beləliklə, bu ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə köçürmələr 23,2% artıb.
2019-cu ilin 11 ayı ərzində dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 2 milyard 735 milyon 87,45 min manat, aksizlər üzrə 230 milyon 853,18 min manat, yol vergisi üzrə 41 milyon 576,44 min manat təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 998 milyon 824,17 min manat məbləğində olub.
2019-cu ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 3 milyard 702,6 milyon manat məbləğində müəyyən edilib.**
Ə.Məmmədov