Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) gənc sahibkarlardan 200-dən çox müraciət alıb. Bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
Məmmədov qeyd edib ki, gənc sahibkarların müraciətlərinə diqqətlə baxılır.
“Müraciətlərin xarakterini nəzərdən keçirsək görərik ki sahibkarların 60%-i hüquqi və məsləhət xidmətlərinin göstərilməsi, 30%-i maliyyə yardımı, 10%-i hüquqlarının müdafiəsi ilə bağlı müraciət edib”, - Məmmədov bu gün Bakıda keçirilən Gənc Sahibkarların I Forumunda deyib.
O qeyd edib ki, sahibkarların 30%-i biznesə başlamaq, 70%-i - mövcud biznesi inkişaf etdirməklə bağlı müraciət edib.
Gənc sahibkarlar üşün maraq kəsb edən iqtisadiyatın sahələrinə toxunan Məmmədov maliyyə-kredit sektoru, ASK, ticarət, xidmət və İKT sahələrini qeyd edib.
O bildirib ki, KOBİA Biznes inkubatorlar və Gənclər Evlərində KOB-un regional mərkəzlərində Akselerasiya Mərkəzləri yaratmağa hazırdır. “Biz həmçinin müxtəlif startapların maliyyələşməsində maraqlıyıq. Bunun çərçivəsində Gənclər Fondunun vəsaiti hesabına 50 min manatadək məbləğində güzəştli kreditin ayrılması mexanizmi tətbiq edilir”, - Məmmədov vurğulayıb.
O bəyan edib ki, startapların fəaliyyətinin stimullaşdırılması məqsədilə vergi güzəştlərinin tətbiqi planlaşdırılır. Məmmədovun sözlərinə görə, bu, gənc sahibkarlarının sayının artımına imkan yaradacaq. **
X.Nəsirzadə