Cümə axşamı Kiyevdə GÜAM-a üzv olan ölkələrin hökumət başçılarının sammiti keçiriləcək. Bu barədə Ukraynanın Nazirlər Kabineti məlumat verir.
“2019-cu il dekabrın 12-də Kiyevdə GUAM-a (Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat) üzv olan ölkələrin hökumət başçılarının sammiti keçiriləcək. Tədbirin mövzusu ticarət və nəqlə yardım üzrə GUAM-ın əsas layihələrinin reallaşdırılmasında dövlət-özəl tərəfdaşlıqlıdır”, - məlumatda deyilir.
Tədbirdə Azərbaycanın nümayəndə heyətinə baş nazirin müavini Əli Əhmədov rəhbərlik edəcək.
Ukrayna, Gürcüstan və Moldovanı bu ölkələrin baş nazirləri təmsil edəcək. **
A.Əzizov