2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsinin həcmi $2,7 milyard təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,7 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin həcmi ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 1,7 dəfə - $2,7 milyarda qədər azalıb. Turizm xidmətləri balansının profisiti $80 milyon təşkil edib ki, bu da 2018-ci ilin yanvar-sentyabr aylarının göstəricisindən 4,6 dəfə azdır”, - deyə AMB-nin cari ilin 9 ayı üzrə tədiyə balansına dair məlumatında qeyd olunur.
Hesabat dövründə qeyri-rezidentlər tərəfindən Azərbaycan vətəndaşlarına $1,3 milyard məbləğində turizm xidmətləri göstərilib. "Bu məbləğin 90%-i Azərbaycan vətəndaşlarının xaricə səfərlər zamanı sərf etdikləri vəsaitin payına düşüb”, - deyə məlumatda bildirilir.
2018-ci ildə Azərbaycanın turizm xidmətləri balansının profisiti $349,8 milyon təşkil edib.*
Ə.Məmmədov