Bu gün səhər saatlarında Lökbatan qəsəbəsindəki Uşaq Yaradıcılıq Mərkəzində partlayış baş verib, nəticədə bir qadın xəsarət alıb. Bu barədə Səhiyyə Nazirliyinin məlumatında deyilir.
“Dekabrın 16-da saat 10:14 radələrində Təcili Yardım Xidmətinə Qaradağ Rayon İcra Hakimiyyəti binasının yaxınlığında yerləşən Uşaq Yaradıcılıq Mərkəzində partlayışın baş verməsi barədə məlumat daxil olub. Hadisə yerinə 3 təcili yardım briqadası göndərilib. Mərkəzdən 50 yaşlı qadın müəllim hər iki əlinin termiki yanığı diaqnozu ilə 5 saylı xəstəxanaya çatdırılıb”, - deyə məlumatda bildirilir.
Daha bir neçə nəfər hadisə zamanı stress keçirib. Onlara yerində yardım göstərilib.*
X.Nəsirzadə