Azərbaycan dünyanın 50 ən qüdrətli dövləti reytinqində 45-ci yerini qoruyub. Reytinq Amerikanın “U. S. News & World Report” jurnalı tərəfindən tərtib olunub.
Pensilvaniya universitetinin BAV Group və Wharton School analitiklərinin məlumatına görə, reytinq ölkələrin hərbi gücü, ÜDM, siyasi arena, dünya və mətbuatda mövqeyi, eləcə də beynəlxalq alyanslarda iştirakı parametrləri əsasında tərtib olunub.
Ən güclü ölkələrin üçlüyünə ABŞ, Rusiya və Çin daxildir.
İlk onluqda Almaniya, Böyük Britaniya, Fransa, Yaponiya, İsrail, Səudiyyə Ərəbistanı və Cənubi Koreya da qərarlaşıb.
Bundan başqa, reytinqə postsovet ölkələrindən Belarus (35-ci yer), Ukrayna (39), Qazaxıstan (43), Litva (76), Latviya (79) və Estoniya (80) da daxil edilib.*
X.Nəsirzadə