Ukrayna prezidenti Vladimir Zelenski bazar ertəsi Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Xəbər verildiyi kimi, iki gün davam edəcək səfər zamanı V.Zelenski Azərbaycan prezidenti İlham Əliyev və baş nazir Əli Əsədovla görüşəcək. Ukrayna ilə Azərbaycan Respublikası arasında prioritet sahələrdə əməkdaşlığın dərinləşməsinə yönələn bir sıra ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulur.
Ukrayna və Azərbaycan prezidentləri Ukrayna-Azərbaycan biznes forumun işində iştirak edəcəklər.
O cümlədən, Zelenski Bakıda Azərbaycanın Ukrayna icmasının nümayəndələri iıə görüşəcək. **
N.Abbasova