19.12.2019 16:14

Xoşbəxt Yusifzadənin 90 illik yubileyi qeyd olunacaq

Prezident İlham Əliyev bu gün tanınmış neftçi-alim və geoloq, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin 90 illik yubileyinin qeyd olunması haqqında sərəncam imzalayıb.

Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub.

Prezident Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Azərbaycan Milli Elmlər Akademiyasına akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməyi tapşırıb.

2020-ci ilin yanvar ayının 14-də Xoşbəxt Yusifzadənin 90 yaşı tamam olacaq.

Xoşbəxt Yusifzadə Xəzər dənizində genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla aparılmasında və onun zəngin potensialının üzə çıxarılmasında müstəsna xidmətlər göstərib. Onun iştirakı və rəhbərliyi ilə 20-dən artıq neft-qaz yatağı kəşf edilib istismara verilib.*

X.Nəsirzadə


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.