Hazırda Azərbaycanda hüquqi şəxslərin depozitlərinin sığorta olunmasına ehtiyac yoxdur. “VTB Bank (Azerbaijan)”ın İdarə Heyətinin sədri Yevgeni Kirin belə hesab edir.
“Hesab edirəm ki, sahibkarlar və şirkətlərin depozitlərinin sığortalanması məqsədəuyğun deyil. Söhbət iqtisadiyyat və maliyyə işlərindən başı çıxmayan əhalinin müəyyən təbəqəsindən gedir, onlar üçün müvafiq olaraq bu əməliyyatı sadələşdrmək, həmçinin həmin pulları eyni şərtlərlə qaytara biləcəkləri ilə bağlı zəmanət vermək lazımdır”, - Kirin cümə axşamı mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hüquqi şəxslərin depozitlərinin sığortalanması sistemi onların risklərinin qiymətləndirilməsi səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər.
“Gəlirliliyə zəmanət verilərsə, bu rahatlaşdırır və əksinə, risklərin qiymətləndirilməsi səviyyəsinin aşağı düşməsinə, dövlət tərəfindən zəmanət verildiyi nəzərə alınmaqla sazişin öyrənilməsinə gətirir. Həmçinin, bu, bazar şəraitində rəqabətə davam gətirməyərək bazardan çoxdan çıxacaq olan bəzi strukturları süni üzdə olmasına dəstək verəcək. ”
O cümlədən, bankın sədri qeyd edib ki, ölkədə artıq fiziki şəxslərin əmanətlərinin “köhnə qaydalara” əsasən sığortlanmasının zamanı gəlib. “Azərbaycanda əhalinin əmanətlərinin sığöortalanması sistemi antiböhran rolunu uğurla oynayıb, indi köhnə sistemə qayıltmağın zamanı gəlib. Nəzərə almaq lazımdır ki, əhalinin əksər hissəsinin əmanətlərinin orta məbləği 30-40 min manatı keçmir”, - Kirin əlavə edib.
Xəbər verildiyi kimi, 2016-cı il martın 4-dən sığorta sistemi əhalinin əmanətlərinin bütün həcminə (əvvəllər məbləği 30 min manata qədər olan əmanətlər sığortalanmış hesab olunurdu) şamil edilir. Yeganə şərt bundan ibarətdir ki, əmanət üzrə faiz Əmanətlərin Sığortalanması Fondunun (ADİF) müəyyən etdiyi limiti keçməməlidir. Bununla əlaqədar əhalinin milli valyutada illik faiz dərəcəsi 10%-dən və xarici valyutada 2,5%-dən yuxarı olan əmanətlərinə sığorta şamil olunmur. Bu qayda 1 mart 2020-ci il tarixinədək qüvvədədir. **
А. Мамедов