Prezident İlham Əliyev bu gün Azərbaycanda keçirilən bələdiyyə seçkilərində səs verib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva səs vermək üçün Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsinə gəliblər.
Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə saat 19:00-da başa çatacaq.
Ümumilikdə 1606 bələdiyyə üzrə 15 min 156 bələdiyyə üzvü seçiləcək. Bələdiyyə seçkilərində 41 min 462 namizəd mübarizə aparacaq. Onlar 13 siyasi partiyanın nümayəndələri və ya öz təşəbbüsü ilə namizədliyini irəli sürən şəxslərdir.
Seçkilərlə əlaqədar ölkədə 5,049 min seçki məntəqəsi açılıb. Seçki prosesini onlayn rejimdə izləmək üçün 1000 məntəqədə veb-kameralar quraşdırılıb.
Azərbaycanda 4 mln. 972,356 min nəfər səsvermə hüququna malikdir.
Seçkiləri 52 min 636 yerli və 17 beynəlxalq müşahidəçi izləyəcək.
Bələdiyyə üzvləri 5 il müddətinə seçilirlər.*
N.Abbasova