Berlində Azərbaycan evi açılıb. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov, Almaniya Azərbaycanlıları Alyansının sədri Yaşar Musayev, diaspor fəalları iştirak ediblər.
F.Muradov Azərbaycan evlərinin əhəmiyyətini qeyd edərək, bu məkanların xalqını sevən, milli maraqları üstün tutan hər bir kəsin üzünə açıq olduğunu vurğulayıb. “Ümid edirəm ki, bu evlər xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması, birliyi istiqamətində ciddi və əhəmiyyətli rol oynayacaq”, - o vurğulayıb. **
X.Nəsirzadə