Səhiyyə Nazirliyi 2 saylı Sumqayıt şəhər xəstəxanasının tikintisinin birinci mərhələsi çərçivəsində tikinti işlərinin həyata keçirilməsinə təxminən 10 milyon manat yönəldəcək.
www.tender.gov.azsaytında dərc olunmuş məlumata görə, « Palma-İnşaat» şirkəti ilə 9 milyon 827,067 min manat dəyərində müqavilə imzalanıb.
Xəbər verildiyi kimi, prezident İlham Əliyev 2019-cu ilin fevral ayında 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Əsaslı təmir işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.*
B.Rüstəmbəyov