Dekabrın 29-da prezident İlham Əliyev 2020-ci ildə Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Leyla Bədirbəylinin anadan olmasının 100-cü ildönümünün qeyd olunması haqqında sərəncam imzalayıb.
Bundan başqa, prezident İ.Əliyev 2020-ci ildə görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Əhəd oğlu Aslanovun anadan olmasının 110 illiyinin qeyd olunması haqqında sərəncam imzalayıb.
Sərəncamların mətni dövlət başçısının saytında dərc olunub.
Mədəniyyət Nazirliyinə yubileylərə dair tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.*
X.Nəsirzadə