Şənbə günü Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə İran İslam Respublikasının xarici işlər naziri Cavad Zərif arasında telefon danışığı baş tutub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilir.
Məlumata əsasən, nazirlər bölgədə vəziyyətin gərginləşməsinə səbəb olan son hadisələri müzakirə ediblər.
“Azərbaycan bütün tərəfləri zorakılıqdan çəkinməyə və regional təhlükəsizliyi möhkəmləndirməyə sadiq qalmağa çağırır”, - məlumatda qeyd edilir.
E.Məmmədyarov general Qasım Süleymaninin həlak olması ilə əlaqədar İran İslam Respublikasının rəhbərliyinə və xalqına başsağlığı verib. **
X.Nəsirzadə