2020-ci ildə xaricdə 8 “Azərbaycan evi” açmaq planlaşdırılır. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov məlumat verib.
“2019-cu ildə ilk 2 “Azərbaycan evi” Almaniyada – Berlin və Köln şəhərlərində açılıb. 2020-ci ildə daha 8 bu cür evin açılışı planlaşdırılır. Ümumilikdə, “Azərbaycan evləri” Macarıstan, İspaniya, İtaliya, Belçika, Polşa, Ukrayna, Gürcüstan və Türkiyədə açılacaq”, - Muradov rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib.
O vurğulayıb ki, bu evlərin açılışı xaricdə yaşayan azərbaycanlıların birliyində mühüm rol oynayır.
Muradov 2020-ci ildə “Soydaşlar haqqında” qanunun parlamentdə qəbul olunacağına ümid edir. Bu qanunda “xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası” öz əksini tapacaq.
Bundan əlavə, Komitə sədri əlavə edib ki, bu il Amerika Birləşmiş Ştatları və Rusiyada çox sayda mədəni layihələrin həyata keçirilməsi gözlənilir. **
X.Nəsirzadə