İran XİN başçısı Cavad Zərif çərşənbə axşamı CNN telekanalına müsahibəsində bəyan edib ki, ABŞ prezidenti Donald Trampın iranlıların ünvanına səsləndirdiyi təhdidlər onları qorxutmayacaq.
“Dünən camaatı gördükdən sonra prezident Tramp onları hədələməyi dayandırmalıdır, bu təhdidlər onları yalnız qəzəbləndirəcək. Onun təhdidləri bizi qorxutmayacaq”, - Zərif bildirib.
“Müharibə çoxdan Birləşmiş Ştatlar tərəfindən başlanılıb. Birləşmiş Ştatlar bu bölgədə sabitliyi məhv edib. Birləşmiş Ştatlar bu regionda təhlükəsizliyi pozub”, - Zərif vurğulayıb. **