Azərbaycan prezidenti İlham Əliyev Ağcabədi rayonunda subartezian quyularının qazılması ilə bağlı tədbirlər üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə 2,1 milyon manat ayırmağı tapşırıb.
Prezident İ.Əliyev müvafiq sərəncam imzalayıb, sənəd dövlət baçısının saytında dərc olunub.
Sərəncama əsasən, vəsait Ağcabədi rayonunun əhalisi 83682 nəfər olan 20 yaşayış məntəqəsində 30 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılmasına yönəldiləcək.
Vəsait Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündən ayrılacaq. **
X.Nəsirzadə