Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında 2020-ci il üçün birgə tədbirlər planı imzalanıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
“Tədbirlər 2020-ci ildə Azərbaycan Ordusunda hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması yönəldiləcək”, - nazirlikdən bildirilir.
Məlumat verilir ki, Plana əsasən keçirilməsi nəzərdə tutulan tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyən edilib. **
X.Nəsirzadə