İlkin məlumata əsasən, Tehranda qəzaya uğrayan Ukrayna təyyarəsinin göyərtəsində Azərbaycan vətəndaşları olmayıb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva məlumat verib.
“Azərbaycanın Tehrandakı səfirliyindən verilən ilkin məlumata əsasən, Ukrayna aviaşirkətinə məxsus qəzaya uğrayan təyyarədə ölkəmizin vətəndaşları olmayıb”, - Abdullayeva “İnterfaks-Azərbaycan”a bildirib.
Onun sözlərinə görə, eyni zamanda Azərbaycanın İrandakı səfirliyi bu məsələni nəzarətdə saxlayır.
Çərşənbə günü Ukrayna beynəlxalq hava yollarına məxsus sərnişin təyyarəsi Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb. Aeroportun xilasetmə xidmətinin ilkin məlumatına əsasən, təyyarənin göyərtəsində 177 sərnişinin hamısı həlak olub. **
A.Əzizov