Vaşinqton İrana birbaşa danışıqlar təklif edib. Bu barədə Amerika Birlәşmiş Ştatlarının BMT-dәki daimi nümayәndәsi Kelli Kraftın BMT Təhlükəsizlik Şurasına ünvanladığı məktuba istinadən Almaniyanın Deutsche Welle teleradioşirkəti məlumat verib.
Xüsusilə, məktubda deyilir ki, “Vaşinqton gələcəkdə beynəlxalq sülh və təhlükəsizliyə təhdidlərin və ya İran rejimi tərəfindən gərginliyin qarşısını almaq məqsədilə İran ilə ilkin şərtsiz danışıqlara hazırdır”. **