Müdafiə naziri general-polkovnik Zakir Həsənov cümə günü Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankov ilə görüşüb.
Görüş zamanı Yankov qeyd edib ki, Bolqarıstan Azərbaycanla hərbi əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
“Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, hərbi texniki, hərbi təhsil sahələrində əlaqələrin genişləndirilməsi, qarşılıqlı səfərlərin təşkili, regional və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub”, - nazirliyin mətbuat xidməti qeyd edir.
O cümlədən, həmsöhbətlər regiondakı hərbi-siyasi vəziyyəti müzakirə ediblər. **
X.Nəsirzadə