ABŞ prezidenti Donald Tramp məlumat verib ki, İran hökuməti nüvə silahından imtina edərsə və öz xalqını öldürməyi dayandlrarsa, bu ölkə ilə danışıqlara etiraz etmir.
“Milli təhlükəsizlik üzrə müşavir (Robert O`Brayen - İF) bu gün ehtimal edib ki, sanksiya və etirazlar artıq İranı “susmağa” vadar edib, danışıqlar aparmağa məcbur edəcək. Əslində,mənim üçün fərq etmir. Bu tamamilə onlardan asılıdır, amma nüvə silahsız və “etirazçıları öldürməyi” dayandırsalar”, - Tramp Twitter səhifəsində yazıb. **