SOCAR şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev bazar ertəsi müvafiq sərəncam imzalayıb. Sənəd dövlət başçısının saytında dərc olunub.
Azərbaycan prezidenti İlham Əliyev Xoşbəxt Yusifzadəni Azərbaycan neft sənayesinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə ordeni ilə təltif edib.
Bundan əlavə, prezident Əliyev Azərbaycan Respublikasında dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə Vasif Talıbovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. **
N.Abbasova