16.01.2020 12:22

2019-cu ildə SOCAR neft hasilatını 1,8%, qaz hasilatını – 4,5% artırıb

2019-cu ildə SOCAR şirkəti (ARDNŞ) 7 milyon 683,153 min ton neft hasil edib. Bu barədə “İnterfaks-Azərbaycan”a şirkətdən məlumat verilib.

Məlumata əsasən, 2018-ci ildə şirkət tərəfindən 7 milyon 542 min ton neft hasil olunub. Beləliklə, 2019-cu ildə neft hasilatının artım həcmi 1,8% təşkil edib.

2019-cu ildə SOCAR üzrə qaz hasilatı 2018-ci ilin 6 milyard 525 milyon kubmetr göstəricisinə qarşı 6 milyard 818,64 milyon kubmetr təşkil edib. Beləliklə, 2019-cu ildə şirkət qaz hasilatını 4,5% artırıb. **

N.Abbasova


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.