“Azneft” İstehsalat Birliyində (İB) (SOCAR-ın neft və qaz hasilatı üzrə strukturu) Neft və Qazçıxarma idarələrinin rəisləri vəzifələrinə yeni təyinatlar olub. Bu barədə İstehsalat Birliyindən məlumat verilir.
“Ramin Quliyev “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) rəisi, Fəxri Haqverdiyev - Ə.Əmirov adına NQÇİ-nin rəisi, Cavanşir Nuriyev - H.Z.Tağıyev adına NQÇİ-nin rəisi təyin ediliblər”, - İBD-dən bildirilib.
2019-cu ilin dekabr ayında “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) rəisi Şahmar Hüseynov “Azneft”İB-nin baş direktoru təyin olunub. **
B.Rüstəmbəyov