2020-ci ilin əvvəlinə İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən kiçik və orta sahibkarlara verilən kreditlər üzrə zəmanətlərin həcmi 69,724 milyon manat məbləğində qiymətləndirilir.
Fondun məlumata görə, 2019-cu ildə kiçik və orta sahibkarlara verilən kreditlər üzrə zəmanətlərin həcmi 2018-ci ildə 17,529 milyon manata qarşı 52,195 milyon manat təşkil edib. Beləliklə, 2019-cu ildə verilən kreditlər üzrə zəmanətlərin həcmi 3 dəfə artıb.
İKZF kreditlər üzrə zəmanətlərin verilməsinə 2018-ci ilin iyun ayında başlayıb.
Şərtlərə görə, fond 30 min manatdan 3 milyon manatadək məbləğdə olan kreditlərə zəmanət verə bilər. Bu halda kreditin müddəti 7 ildən, kredit üzrə güzəştli dövr isə 2 ildən çox olmamalıdır.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb. **
A.Əzizov