2019-cu ildə SOCAR şirkəti (ARDNŞ) neft emalı və qaz-kimya məhsullarının ixracını 22% artırıb - 2 milyon 233,21 min tonadək . Bu barədə “İnterfaks-Azərbaycan”a şirkətdən məlumat verilir.
“Neft emalı və neft-kimya məhsullarının ixracı 2019-cu il ərzində 2 milyon 233,21 min ton təşkil edib, bu 2018-ci illə müqayisədə təqribən 22% artım deməkdir. Neft və qaz-kimya ixracının artması SOCAR-ın yeni Karbamid zavodu və “SOCAR-Polymer” kompleksinin fəaliyyəti, eləcə də SOCAR-ın Metanol zavodunda istehsalat səviyyəsinin yüksəlməsi ilə bağlıdır”, - şirkətdən qeyd olunur.
Bundan başqa, şirkətdən vurğulanıb ki, 2019-cu ildə SOCAR 21,1 milyon ton neft ixrac edib (2018-ci illə müqayisədə azalma 11,6% - İF). “Şirkətin öz imkanları ilə hasil etdiyi neftdən başqa, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq şirkətlər konsorsiumları tərəfindən hasil edilən neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus olan mənfəət payı da SOCAR tərəfindən ixrac olunur”, - şirkətdən izah ediblər.
Xəbər verildiyi kimi, 2019-cu ildə Azərbaycanda neft hasilatının ümumi həcmi 37 milyon 453,702 min ton təşkil edib. **
N.Abbasova