2019-cu ildə Azərbaycana $296 mln. 531,79 min dəyərində əczaçılıq məhsulları idxal olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“2019-cu ildə Azərbaycana $296 mln. 531,79 min dəyərində 16 min 526,55 ton həcmində əczaçılıq məhsulları idxal olunub”, - Komitədən bildirilir.
2018-ci ildə Azərbaycana $290 mln. 184,22 min dəyərində 16 min 933,78 ton həcmində əczaçılıq məhsulları idxal olunub. Beləliklə, 2019-cu ildə bu məhsulların ölkəyə idxalı say ifadəsində 2,4%, pul ifadəsində 2.2% azalıb. **
N.Abbasova