17.01.2020 14:14

Müdafiə naziri və ATƏT-in sədrinin şəxsi nümayəndəsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər

Cümə günü Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Bakıda keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsi zonasında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki hazırkı vəziyyəti müzakirə ediblər.

“Görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyətinə, keçirilən monitorinqlərin nəticələrinə və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb”, - Müdafiə Nazirliyindən məlumat verilir. **

B.Rüstəmbəyov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.