Azərbaycan prezidenti İlham Əliyev TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamın mətni cümə axşamı Azərbaycan prezidentinin saytında dərc olunub.
M.Qusman “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə” orden ilə təltif edilib.
O cümlədən prezident İ.Əliyev Mixail Qusmana 70 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb. “70 illik yubileyiniz münasibətilə sizə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Geniş dünyagörüşünüz, işgüzar və şəxsi keyfiyyətləriniz Sizə haqlı olaraq nüfuz və hörmət qazandırıb. Dəyişməz müəllifi və aparıcısı olduğunuz “Hakimiyyət formulu” layihəsi Sizin xüsusi yaradıcı yanaşmanız, zəngin təcrübəniz və yüksək peşəkarlığınız sayəsində bütün dünyada tamaşaçı auditoriyasında çox populyardır. Azərbaycanda sizi sevir və xüsusi dəyərləndirirlər. Siz uzun müddətdir ki, Azərbaycan-Rusiya mədəni əlaqələrinin genişlənməsinə böyük töhfə verir, bununla da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə kömək edirsiniz”, - məktubda vurğulanır. **
A.Əzizov