Bu gün Moskva Şəhər Mədəniyyət Departamenti və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi arasında mədəni əməkdaşlıq haqqında protokol imzalanıb.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi xəbərə görə, sənəd Bakıda "Moskva-Bakı: Mədəniyyətlərin dialoqu" layihəsi çərçivəsində imzalanıb.
Sənədi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov və Moskva Şəhər Mədəniyyət Departamentinin rəhbəri Aleksandr Kibovski imzalayıblar.*
X.Nəsirzadə