Hazırda mədəniyyətlərin dialoqu bütün beynəlxalq münasibətlərin təməlində durur. Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarova belə hesab edir.
“Mədəniyyətlərin dialoqu – mədəniyyətlərin xalqların və ölkələrin zorla qəbul etdirilmədiyi vəziyyətdir, insanlara kənardan necə yaşayacaqları, ənənələrini necə dəyişəcəkəri, nəyə inanaıb və ya inanmayacaqıarı, nəyin düzgün və düzgün olmamasına dair reseptin yazılmadığı şəraitdir. Bu, biri birinə hörmətdir; bu təmas nöqtələrinin birləşdiyi yerdir, baxmayaraq ki, hamımız fərqliyik, istər xalqlar, istər ölkələr, istər konkret insan barədə söhbət getsin”, - Zaxarova cümə günü Bakıda “Moskva-Bakı: mədəniyyətlərin dialoqu” layihəsi üzrə diskussiyalar çərçivəsində bildirib.
Onun sözlərinə görə, “həqiqətən sərt həddlər çəkərək və bizə kobud formada, və düşünürəm ki, həm Rusiya, həm də Azərbaycan bununla üzləşir, daima məsləhətlər verərək və daima öz fikirlərini zorla qəbul etdirməyə çalışaraq bizim mədəniyyət mühitində necə yaşayacağımız, nəyi dəyişdirəcəyimiz, keçmişdən nəyi düzgün seçəcəyimiz, nəyi geridə qoyacağımız, kiminlə dostluq edəcəyimiz, necə inkişaf edəcəyimiz, kiminlə ünsiyyət quracağımız və s. məsləhətlər verilməsinə imkan verməyərək” mədəniyyətlərin dialoqunun həmin tərəfini düzgün inkişaf etdirmək lazımdır.
Həmçinin, Zaxarova qeyd edib ki, milli dəyərləri qoruyaraq digər xalqlarla ümumi cəhət tapmaq dialoqun qurulmasında vacibdir. **
X.Nəsirzadə