Aqrar Sığorta Fondu(ASF) ilk sığorta məhsulunu 2020-ci ilin sonunadək geniş istehlakçı kütləsinə təqdim edəcək. Bu barədə kənd təsərrüfatı naziri İnam Kərimov bu gün baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş və icbari sığortanın tətbiqi ilə bağlı məsələlərə həsr olunmuş müşavirədə məlumat verib.
O, “Aqrar sığorta”nın təqdimatını keçirib və qeyd edib ki, aqrar sığorta sistemi dövlət-özəl sektor əməkdaşlıq modelinə əsaslanır.
Nazir vurğulayıb ki, ilk sığorta məhsulunun 2020-ci ilin sonunadək geniş istehlakçı kütləsinə təqdim edilməsi planlaşdırılır.
Aqrar Sığorta Fondu 2020-ci ilin II yarısında fəaliyyətə başlayacaq. İlkin mərhələdə fondun nizamnamə kapitalı 1 milyon manat təşkil edəcək, 2022-ci ilə qədər isə mərhələli şəkildə 9 milyon manata çatacaq.*
Ə.Məmmədov