"Azərbaycan Hava Yolları” (AZAL) QSC hər il fevral ayında Bakı-Pekin-Bakı marşrutu üzrə reyslərin həyata keçirilməsini müvəqqəti olaraq dayandırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski məlumat verib.
"Hər il olduğu kimi, fevral ayında Pekinə reyslər ənənəvi olaraq dayandırılacaq. Bu, qeyd olunan ölkədə bayramlarla əlaqədar tələbatın aşağı düşməsi ilə izah olunur”, - deyə o bildirib.
P.Kəsəmənski reyslərin Çində koronavirusun yayılması ilə əlaqədar dayandırılması ilə bağlı bəzi KİV-də gedən məlumatları təkzib edib.
“AZAL Bakı-Pekin-Bakı marşrutu üzrə reysləri martın 8-dən bərpa edəcək”, - deyə o əlavə edib.*
N.Abbasova