2019-cu ildə Azərbaycana 3 milyon 170,4 min nəfər turist gəlib ki, bu da 2018-ci ilin göstəricisindən 11,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2019-cu ildə Azərbaycana gələn turistlərin sayı 2018-ci illə müqayisədə 11% - 3 milyon 170,4 min nəfərə qədər artıb. Gələnlərin 29,4%-i Rusiya Federasiyası, 22,9%-i Gürcüstan, 10%-i Türkiyə, 8,1%-i İran, 3,4%-i Səudiyyə Ərəbistanı, 2,2%-i Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları olub”, - Komitədən bildirilir.
Gələnlərin 66,6%-ni kişilər, 33,4%-ni isə qadınlar təşkil edib.
2019-cu il ərzində Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 21,3% artaraq 136,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 9,3% artaraq 1 mln. 141,5 min nəfər olub.
2019-cu ildə Azərbaycana gələnlərin sayında daha çox artım Türkmənistan (84,2%), Hindistan (66,8%), Çin (62,4%), Misir (55,6%), Malayziya (54,9%), Səudiyyə Ərəbistanı (46,3%), Macarıstan (33,6%), Polşa (31,1%), Özbəkistan (28,4%), İspaniya (24,2%), Filippin (24,6%), Böyük Britaniya (25,5%), Qazaxıstan (25,7%), Cənubi Koreya (19.9%), Gürcüstan (18,8%) və Almaniya (19,2%) vətəndaşları arasında qeydə alınıb.
Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 58,7%-i dəmir yolu və avtomobil, 40,5%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.
2019-cu ildə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,4% artaraq 5 milyon 567,7 min nəfər olub. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 23,7%, Gürcüstana gedənlərin sayı 12,3%, Rusiya Federasiyasına gedənlərin sayı 5,7%, Türkiyəyə gedənlərin sayı isə 4,6% artıb.
“Ötən il xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,6%-i dəmir yolu və avtomobil, 16,7%-i hava, 0,7%-i isə su nəqliyyatından istifadə edib”, - Komitənin məlumatında qeyd olunur.**
X.Nəsirzadə