“Azərbaycan Hava Yolları” QSC (AZAL) tələbatın az olması ilə əlaqədar 2020-ci ilin fevral ayında Bakıdan Nyu-York şəhərinə uçuş həyata keçirməyəcək, bu istiqamətdə reyslər mart ayında bərpa olunacaq.
“Azərbaycan Hava Yolları” aviaşirkəti hər ilin fevral ayında tələbatın az olması ilə əlaqədar bir sıra beynəlxalq istiqamətlərə, həmçinin Nyu-Yorka reylər həyata keçirmir”, - “İnterfaks-Azərbaycan”a şirkətdən məlumat verilib.
Uçuşlarda bu fasilə həmçinin aviaşirkətə özünün hava gəmirləri parkında əsaslı texniki xidmət aparmağa imkan yaradır.
“Nyu-Yorka uçuşlar martda bərpa ediləcək”, - şirkətin nmayəndəsi qeyd edib.
Nyu-Yorka uçuşlar həftdə iki dəfə - bazar ertəsi və şənbə günləri həyata keçirilir.
Öncə AZAL-dan bəyan edilib ki, tələbatın az olması ilə əlaqədar fevral ayında Bakıdan Pekinə reyslər həyata keçirilməyəcək. **
A.Əzizov