Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov çərşənbə günü Belarusun Bakıdakı fövqəladə və səlahiyyətlisəfiri Gennadi Axramoviç ilə görüşüb. Bu barədə Belarus XİN-in mətbuat xidməti məlumat verir.
Görüş zamanı bir sıra birgə layihələr və əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
“Yeni mal qruplarının qarşılıqlı ixracının genişləndirilməsi imkanı, o cümlədən, turizm və təhsil sahələrində mövcud qarşılıqlı əlaqələr poternsialının inkişafı variantları müzakirə olunub”, - nazirlik qeyd edir. **
X.Nəsirzadə