Ukrayna prezidenti Vladimir Zelenski cümə axşamı SOCAR-ın prezidenti Rövnəq Abdullayev ilə görüşüb. Görüş zamanı dövlət başçısı qeyd edib ki, Ukrayna hökuməti neft və qaz nəqli sahələrində SOCAR şirkəti ilə birgə layihələrin reallaşdırılmasına imkan yaradacaq.
“Tərəflər Ukraynanın qaz-nəqliyyat sahəsinə investisiya yatırırılması imkanlarını müzakirə ediblər. Vladimir Zelenski ötən ilin dekabr ayında Azərbaycana səfəri zamanı SOCAR-ın Ukraynadakı fəaliyyətinə dair əldə olunan razılıqların reallaşdırılmasının vacibliyini qeyd edib”, - Ukrayna prezidentinin mətbuat xidməti məlumat verir.
O cümlədən, görüşdə SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və SOCAR-ın Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədov iştirak ediblər. **