ABŞ-ın Bakıdakı səfiri Örl Litsenberger Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların davam edəcəyinə ümid edir.
“Biz tərəflərin konstruktiv və substansiv danışıqlar üçün bir araya gəlməsini alqışlayırıq. Biz tərəflər arasında danışıqların davam etdirilməsinə ümid edirik”, - deyə səfir bu gün jurnalistlərə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında 29-30 yanvar tarixlərində Cenevrədə baş tutmuş görüşü şərh edərkən bildirib.*
A.Əzizov