Azərbaycan prezidenti İlham Əliyev əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün tədbirlərə 0,84 milyon manat ayırmağı tapşırıb.
Dövlət başçısının saytındakı məlumata görə, İ.Əliyev cümə günü müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, vəsait Beyləqan rayonunda 12 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə ayrılacaq.
Bu işlər əhalisi 41,194 min nəfər olan 10 yaşayış məntəqəsində həyata keçiriləcək. **
N.Abbasova