«Ekvita Consulting» MMC "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi" Publik Hüquqi Şəxsin (DOST) məsləhətçisi oldu.
www.tender.gov.az saytının məlumatına görə, «Ekvita Consulting» MMC ilə müvafiq müqavilə imzalanıb. Müqavilənin dəyəri 120,21 min manatdır.
Eyni zamanda, DOST agentliyinə hansı konsaltinq xidmətlərinin göstəriləcəyi qeyd olunmur. **
X.Nəsirzadə