Rusiya prezidenti Vladimir Putin Azərbaycanın RF-dəki fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunu 75 illik yubileyi münasibətilə təbrik edib. Bu barədə Kremlin saytında məlumat verilir.
“75 illik yubileyiniz münasibətilə ən səmimi təbrikləri qəbul edin. Siz uzun illərdir ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin inkişafı, səmərəli əməkdaşlığa çox mühüm töhfə vermisiniz”, - məlumatda deyilir.
Putin qeyd edib ki, Rusiyada “bəstəkar, musiqiçi və artistin parlaq istedadı” yüksək qiymətləndirilir. **