Azərbaycan Mərkəzi Bankı (AMB) “Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” mövzusunda sorğu keçirəcək.
Bu məqsədlə AMB sorğunu keçirəcək şirkət seçimi üzrə tender elan edib.
Tenderdə iştirak haqqı 150 manatdır.
Tender təklifləri 4 mart saat 14:00-dək qəbul olunur. Təklif zərfləri 4 mart saat 15:00-da açılacaq.
Xidmətlər müqavilənin imzalandığı gündən etibarən 1 il ərzində göstərilməlidir.*
Ə.Məmmədov