Prezident İlham Əliyev Qazax rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 980 min manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Dövlət başçısının saytında verilən məlumata görə, sərəncam bu gün imzalanıb.
Sərəncama əsasən, vəsait Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə ayrılacaq.
Sözügedən işlər əhalisi 46271 nəfər olan 14 yaşayış məntəqəsində həyata keçiriləcək.*
N.Abbasova