05.02.2020 12:42

Cənubi Koreya kənd təsərrüfatı və İKT sahələrində Azərbaycanla əməkdaşlığı genişləndirməyi planlaşdırır

Cənubi Koreya nümayəndə heyəti iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etmək üçün fevralın 6-da Azərbaycana səfər edəcək.

" Cənubi Koreyanın ticarət üzrə nümayəndə heyəti fevralın 6-da Azərbaycana səfər etməyi və mal və xidmət mübadiləsinin stimullaşdırılması yollarını müzakirə etməyi planlaşdırır", - deyə “Yonhap News” agentliyi Cənubi Koreyanın Ticarət, Sənaye və Energetika Nazirliyinə istinadən xəbər verir.

Bakıya səfər çərçivəsində nümayəndə heyəti səhiyyə, informasiya-kommunikasiya texnologiyaları və kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələlərini müzakirə edəcək.

"Cənubi Koreya Azərbaycanın sənaye portfelini şaxələndirmək və karbohidrogen ixracından asılılığı azaltmaq səylərində mühüm rol oynamaq istəyir", - deyə məlumatda qeyd olunur.*

A.Əzizov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.