Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Qırğız Respublikasının xarici işlər naziri Çingiz Aydarbekovu qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Çingiz Aydarbekov fevralın 6-da keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak məqsədilə Bakıya gəlib. **
A.Əzizov