Prezident İlham Əliyev bu gün əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub.
Sərəncam çərçivəsində əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi orta aylıq nominal əməkhaqqının illik artım tempinə, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi isə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq həyata keçiriləcək.
2019-cu ildə Azərbaycanda orta illik inflyasiya 2,6% təşkil edib.*
A.Əzizov