Rusiya Azərbaycanla hərbi sahədə münasibətlərin yaxınlaşması üçün gələcəkdə də hər şeyi edəcək. Bu sözləri Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov deyib.
“Regionda baş verən hadisələrin fonunda Rusiya və Azərbaycan münasibətləri sevindiricidir. Hərbi qurumlarımız arasında qarşılıqlı fəaliyyət, xüsusən hərbi-texniki əməkdaşlıq və silahlı qüvvələrimiz arasında digər tədbirlər genişlənir. Çox yaxşıdır ki, biz hamımız, ordularımız bir ordunun - sovet ordusunun yetirməsidir. Hərbi sahədə münasibətlərimizin yaxınlaşması üçün gələcəkdə də hər şeyi edəcəyik”, - deyə o, bu gün Bakıda prezident İlham Əliyevlə görüşdə bildirib.
V.Gerasimov NATO-nun hərbi rəhbərliyi ilə görüş üçün növbəti dəfə meydan yaratdığına görə İ.Əliyevə təşəkkürünü bildirib. Yaranan beynəlxalq vəziyyət və sabitliyin olmadığı və gözlənilmədiyi, xüsusən Rusiyanın sərhədləri yaxınlığında da, Yaxın Şərqdə də beynəlxalq terrorizmlə gərginləşən mübarizə şəraitində olan bütün bu çətinliklər həm hərbi rəhbərliyin görüşünün, həm də bir sıra məsələlərin müzakirəsinin zəruriliyini şərtləndirir”, - deyə RF Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vurğulayıb.*