Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Andrey Ravkov fevralın 7-də Azərbaycanın Minskdəki səfiri Lətif Qəndilovla görüşüb.
“Görüşdə tərəflər Belarus ilə Azərbaycan arasında istehsalat kooperasiyası, iqtisadiyyat, ticarət, energetika və sənaye sahələrində əməkdaşlıq, eləcə də beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər”, - deyə Təhlükəsizlik Şurasının Dövlət Katibliyindən məlumat verilib.
Bundan başqa, tərəflər ikitərəfli münasibətlərin bütün sahələrdə müsbət dinamikasını vurğulayıb, strateji tərəfdaşlıq, əlaqələrin möhkəmləndirilməsi və təhlükəsizlik sahəsində birgə layihələrin həyata keçirilməsinə sadiq olduqlarını təsdiq ediblər.*
A.Əzizov