10.02.2020 17:34

Azərbaycanda $595 min kapital ilə zərgərlik şirkəti qeydiyyatdan keçib

Vergilər Nazirliyi «Salem Al Shuaibi» MMC-ni qeydiyyata alıb. Bu barədə “İnterfaks-Azərbaycan”a nazirlikdən məlumat verilir.

“2020-ci il yanvarın 9-da qeydiyyata alınan MMC-nin nizamnamə kapitalı $595 min təşkil edir. Rəsmi nümayəndəsi Günel Hacızadədir”, - nazirlikdən qeyd ediblər.

«Salem Al Shuaibi» BƏƏ-də məşhur zərgərlik mağazaları şəbəkəsidir. **

Ə.Məmmədov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.